DƏHŞƏTLİ QƏZA: 9 ölü, 22 yaralı var
    • 29-04-2024, 16:14
    • 293

DƏHŞƏTLİ QƏZA: 9 ölü, 22 yaralı var

Hindistanın Çhattisqarh ştatında baş verən yol qəzası nəticəsində 9 nəfər ölüb, 22 nəfər yaralanıb.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, furqonlu avtomobilin yük maşını ilə toqquşması nəticəsində 3 uşaq və 6 qadın ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.