Planetimizi növbəti FƏLAKƏT GÖZLƏYİR
    • 6-09-2023, 09:58
    • 716

Planetimizi növbəti FƏLAKƏT GÖZLƏYİR

Sentyabrın 12-dək Yerə beş asteroid yaxınlaşacaq.

News24.az xəbər verir ki, bu barədə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA)saytında məlumat verilib.

Yer planetinə ən yaxın asteroid sentyabrın 6-da 5,11 milyon kilometr məsafədən keçəcək. Növbəti iki astronomik obyekt sentyabrın 8-də 4,08 milyon və 5,72 milyon kilometr məsafədən keçəcək. 

Son iki təyyarə ölçüsündə asteroid sentyabrın 10-da peyda olacaq. Onlarla Yer arasında minimum məsafə müvafiq olaraq 1,52 milyon və 2,66 milyon kilometr olacaq.

Xatırladaq ki, avqust ayında NASA təhlükəli asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq etmişdi . Bu kateqoriyaya Yerin orbitindən 7,5 milyon kilometrdən az məsafədə (0,05 AB-ə qədər) keçən astronomik obyektlər daxildir.

Qumral