Misir Mərdanov Əli İnsanovu biabır etdi
    • 3-05-2019, 18:20
    • 1 807

Misir Mərdanov Əli İnsanovu biabır etdi "Sən normal adam olsaydın" - VİDEO

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Əli İnsanovu biabır edib.

News24.az xəbər verir ki, Misir Mərdanov Ə.İnsanovun ünvanına "Vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin insanlarla necə bir yerə yığışıb onlarla məsləhətləşə, iş aparacaqsan? O zaman insanların nifrəti qarşısında dayana bilərcəksənmi? 73 yaşında olan insan getsin nəvələri, nəticələri ilə məşğul olsun. Sən gəlib aktiv siyasi fəaliyyətə qoşula bilməzsən və qoşulsan da heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Sən normal adam olsaydın, Cənab Prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra, sənə çörək verən, zirvələrə qaldıran, nazir edən Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, qarşısında diz çökərdin ki, mən səhv eləmişəm, məni bağışla" sözlərini deyib.

Sözügedən videonu təqdim edirik: