Mənə dünyanı çək! DİQQƏT! DİQQƏT! “Liatris Holdinq” və
    • 3-05-2019, 19:23
    • 1 715

Mənə dünyanı çək! DİQQƏT! DİQQƏT! “Liatris Holdinq” və "News24.az" – uşaqlar arasında rəsm müsabiqəsi elan edir

Gülümsəyən günəşi, aydın göy üzünü, kəpənəklərin uçuşunu, bir də ananın sığalını çız...
Körpə, yaradıcı əllərinlə saflığını, məsumluğunu, mərhəmətini çək...
Sevgiylə qucaqladığın Yer üzünü istədiyin kimi boya...
Qoy fərəhin, sevincin cızdığın şəkillərdən üstümüzə çilənsin. 
1 iyun sizin gününüzdür - əziz balalar. Əslində ilimizin bütün günləri sizindir. Amma bu gün özəldir, ayrıdır...
Çəkin, yaradın, sevindirin!




Bu gün bütün dünyanı sizin körpə, yaradıcı əllərinizə tapşırırıq...

“Liatris Holding”“News24.az” 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rəsm müsabiqəsi elan edir. 



News24.az xəbər verir ki, müsabiqədə iki yaş kateqoriyası üzrə qalib nominasiyası nəzərdə tutulub. 5-10 və 11-15 yaşında uşaqların qatıla biləcəyi bu müsabiqədə mövzu seçimi sərbəstdir. 

Yaradıcı işləri peşəkar sənət adamları və ziyalılardan ibarət münsiflər heyəti dəyərləndirəcək. 

Müsabiqədə 1-ci yerin sahibi 500 AZN, 2-ci yerin sahibi 300 AZN, 3-cü yerin sahibi isə 200 AZN pul mükafatına layiq görüləcək. Hər üç yer üzrə qalib iki yaş üzrə seçiləcək. 
Rəsm əsərlərinin qəbulu elə bu gündən etibarən “Liatris Holdinq”in nəzdində fəaliyyət göstərən News24.az saytının redaksiyasında mayın 25-dək qəbul olunur.

Rəsm sərgisinin keçiriləcəyi məkan və münsiflər heyətinin tərkibi haqda ətraflı məlumat veriləcək. İyunun 1-də, məhz Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə düzənlənəcək tədbirdə qaliblər mükafatlandırılacaq.
Ünvan:
Nəsimi rayonu, Həzi Aslanov 115 (Nizami k/t ilə üzbəüz)
Əlaqə nömrəsi:
012-498-17-77 (106)
050-713-03-43
Elektron ünvan:[email protected]