-
- 30-04-2024, 22:40
- 453
Daşqınlarda ölənlərin sayı 169-a çatdı
Keniya hökuməti daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb.
News24.az xəbər verir ki, açıqlamada, təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a yüksəldiyi, 91 nəfərin isə itkin düşdüyü bildirilib.
Daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi və bəzi yolların bağlandığı, bir çox ərazinin də su altında qaldığı əlavə edilib.
Ölkə daxilində 200 mindən çox insanın davam edən leysan yağışları və daşqınlardan zərər çəkdiyi vurğulanıb.
Qeyd edək ki, Keniya Dəmir Yolları, ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını açıqlayıb.
Günel Məlikzadə