Banqladeşdə daşqınlarda ölənlərin sayı 57 nəfərə çatdı
    • 12-08-2023, 20:00
    • 250

Banqladeşdə daşqınlarda ölənlərin sayı 57 nəfərə çatdı

Banqladeşin cənub-şərqində musson yağışlarının yaratdığı daşqınlarda ölənlərin sayı 57-yə yüksəlib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Banqladeş rəsmiləri avqustun 4-11-də ölkənin dörd böyük bölgəsində ümumilikdə 57 nəfərin öldüyünü açıqlayıb.

Meteorologiya mütəxəssisləri yağışların daha 2 gün davam edəcəyi və çaylarda daşqınların ola biləcəyi barədə xəbərdarlıq ediblər. Musson yağışların səbəb olduğu daşqınlarıdan təxminən 1 milyon insanın zərər çəkdiyi bildirilib.

Qeyd olunub ki, Banqladeşdə iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları hər il minlərlə insanın həyatına mənfi təsir göstərir. 

Hazırda daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir. 
Günəş Mərd