İndoneziyada daşqınlarda ölənlərin sayı 181-ə çatdı
    • 19-04-2021, 08:32
    • 363

İndoneziyada daşqınlarda ölənlərin sayı 181-ə çatdı

İndoneziyada güclü yağışın səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 181-ə çatıb.

News24.az "NTV Türkiyə"yə istinadən xəbər verir ki, hazırda 48 nəfərin axtarışı davam edir. 5 aprel tarixindən bəri davam edən yağış və sellər 15 min evi yararsız hala salıb.