Bu boşanma səbəbi sayılır
    • 1-05-2024, 22:40
    • 193

Bu boşanma səbəbi sayılır

Türkiyədə Ailə məhkəməsi ərin ərizəsini qəbul edərək, ciddi fikir ayrılığı ucbatından qarşılıqlı boşanma ərizəsi verən cütlüyün boşanmasına qərar verib.

News24.az xəbər verir ki, məhkəmə qadının ərinin xəbəri olmadan cibindən pul götürməsi səbəbindən ərin boşanma iddiasını qəbul edib. Qadın tam təqsirli hesab edilərək, iddiası rədd edilib.

Məhkəmə həmçinin qadını ərinə mənəvi ziyan ödəməyə məcbur edib.

Tərəflərdən arvad təqsirinin müəyyən edilməsi və ona qarşı təyin edilmiş kompensasiyanın ödənilməsi, ər isə hökmün əsaslandırılması və dəymiş ziyanın məbləği ilə bağlı qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası yerli məhkəmənin qərarını qismən təsdiqləyib.

Günel Məlikzadə