Dişini fırçalamayan ərini BOŞADI
    • 29-01-2024, 11:45
    • 529

Dişini fırçalamayan ərini BOŞADI

Ankarada yaşayan qadın həyat yoldaşının duş qəbul etmədiyini, həftədə bir-iki dəfə dişlərini fırçaladığını, 5 gün eyni geyimi geyindiyini və şəxsi gigiyenaya fikir vermədiyini əsas gətirərək məhkəməyə boşanma ərizəsi verib.

News24.az xəbər verir ki, qadının iddiasını onun şahidləri də təsdiq ediblər.

Məhkəmə kişini tam təqsirli bilib və boşanma qərarı verib. Eyni zamanda ona 500 min lirə təzminat cəzası təyin edib.

Teymur MƏMMƏDOV