Levon Köçəryanın köməkçisi saxlanıldı
    • 1-05-2024, 21:22
    • 255

Levon Köçəryanın köməkçisi saxlanıldı

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyan saxlanılıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sukoyanın vəkili Erik Aleksanyan sosial şəbəkədə məlumat verib.

Məlumata görə, Artur Sukoyan bu yaxında Ermənistan parlamentində hakimiyyətyönümlü nəşrin jurnalisti David Levonyanla yaşadığı insidentə görə saxlanılıb. Belə ki, Sukoyan jurnalistə zərbə endirib.

Ermənistan İstintaq Komitəsi insidentlə əlaqədar olaraq cinayət işi açıb və Sukoyan barəsində saxlanılma qərarı verilib.