Füzulidə yanğın olub
    • 1-05-2024, 18:21
    • 224

Füzulidə yanğın olub

Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Rayonun 7 №-li Qayıdış qəsəbəsində “T-28” markalı traktora qoşulan 2 ədəd qoşqunun yanar hissələri, qoşqulara yığılan 6 ton ot bağlaması və yaxınlıqda 5 ədəd ağac yanıb.

Traktor və əraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.