Azərbaycanda 3 rayonda avtomobillər YANDI
    • 19-08-2023, 10:36
    • 202

Azərbaycanda 3 rayonda avtomobillər YANDI

İmişli rayonunun Sarıxanlı kəndində “Mercedes” markalı minik avtomobil yanıb.

News24.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daşkəsən rayonunun Əmirvar kəndində isə “QAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 60 ədəd taxta yeşik yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi şəhərində də “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi, 2 ədəd təkəri və idarəetmə lövhəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Mercedes” markalı minik avtomobilinin 1 ədəd qapısı və buferi qismən qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.