-
- 2-05-2024, 14:48
- 322
Türkiyədə ZƏLZƏLƏ oldu
Türkiyənin Edirne vilayətində zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Merkez rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Silkələnmə Bolqarıstanın Filibe bölgəsində də hiss olunub.