Bakıda iki marşrutun istiqaməti dəyişəcək.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək:

"3 nömrəli marşrut:

Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut:

“İçərişəhər” metrostansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə hərəkət edəcək".

Teglər: BNA BAkı Nəqliyyat Agentliyi Azərbaycan Marşrut İstiqaməti dəyişir Bakı Metro
Kotanli