"Real"ın kapitanı Madrid-dən ayrılacaq
    • 4-05-2024, 15:50
    • 217

"Real"ın kapitanı Madrid-dən ayrılacaq

"Real"ın kapitanı Naço Fernandes Madrid klubundan ayrılacağını qətiləşdirib.

News24.az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını ABŞ-nin MLS çempionatında davam etdirmək qərarına gəlib.

Naçonun İspaniya klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. 2011-ci ildən "Real"da çıxış edən futbolçu indiyədək keçirdiyi 226 oyunda 12 qol vurub.