Məktəbin həyətində bıçaqla hücum
    • 22-04-2024, 09:17
    • 162

Məktəbin həyətində bıçaqla hücum

Çorumda 17 yaşlı gənc dostları ilə məktəb həyətində oturan zaman naməlum şəxs tərəfindən bıçaqla hücuma məruz qalıb və yaralanıb.

News24.az xəbər verir ki, hadisə yerinə tibb və polis işçiləri sövq edilib. 

Gənc təcili yardımla xəstəxanaya aparılaraq müalicə altına alınıb.

Qeyd edək ki, polis şübhəlini tutmaq üçün iş başladıb.

Günel Məlikzadə