Arda Gülər bu tarixdə La Liqa kubokunu qaldıracaq
    • 6-05-2024, 16:26
    • 283

Arda Gülər bu tarixdə La Liqa kubokunu qaldıracaq

La Liqada Arda Gülərin çıxış etdiyi Real Madrid "Barselona"nın "Jirona"ya 4-2 hesabı ilə uduzmasından sonra 4 həftə qalmış çempionluğu təmin edib.

News24.az xəbər verir ki, Liqada keçirdiyi 34 oyundan sonra 87 xal toplayan paytaxt təmsilçisi gələn həftə mayın 11-i şənbə günü “Qranada”nın qonağı olacaq.

İspaniya Futbol Federasiyasının verdiyi qərarla bu matçda çempionluq kubokunun “Real Madrid”ə təqdim ediləcəyi iddia edilib.

Lakin “Qranada” aşağı liqa zonasında olduğundan kubokun oyundan əvvəl, yoxsa sonra veriləcəyi müzakirə mövzusu olub.

Arda Gülərin ilk LaLiga kubokunu bu matçda qaldıracağı gözlənilsə də, mayın 12-i bazar günü bütün komandanın Madrid küçələrində kubokla qeyd edəcəyi qeyd edilir.

Günel Məlikzadə