Arda Gülərlə bağlı yeni İDDİA
    • 18-04-2024, 16:03
    • 420

Arda Gülərlə bağlı yeni İDDİA

Mövsümün əvvəlində "Real Madrid"ə transfer olunan və çox oyun vaxtı tapa bilməyən Arda Gülər üçün yeni iddia ortaya atılıb.

İspaniya mətbuatı Relevoda yer alan xəbərə görə, La Liqa komandalarından olan "Sevilya"nın milli futbolçunu icarə əsasında heyətinə qatmaq istədiyi iddia edilib.

News24.az xəbər verir ki, paytaxt təmsilçisi 18 yaşlı futbolçunu icarəyə göndərməyə qərar verərsə, Arda Çempionlar Liqasında bir komandada oynamaq istəyir.

Qeyd edək ki, Arda Gülər Real Madridin heyətində 7 rəsmi matçda 98 dəqiqə meydanda olub. O, bu matçlarda 1 qola imza atıb.

Günel Məlikzadə