Rusiya Prezidenti jurnalist Orxan Camalın həlak olması ilə əlaqədar başsağlığı verib
    • 20-12-2018, 19:00
    • 963

Rusiya Prezidenti jurnalist Orxan Camalın həlak olması ilə əlaqədar başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin jurnalist Orxan Camalın, rejissor Aleksandr Rastorquyevin və operator Kiril Radçenkonun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Rusiya Prezidenti Vladimir Putin Moskvada böyük mətbuat konfransında jurnalist Orxan Camalın, rejissor Aleksandr Rastorquyevin və operator Kiril Radçenkonun Mərkəzi Afrika Respublikasında həlak olmaları barədə suala cavab verərkən bildirib ki, heç şübhəsiz, dünyada jurnalistlərin öldürüldüyü hər hansı hadisə kimi, bu hadisə də faciədir. Prezident dövlətin diplomatik kanallar vasitəsilə bu işin təhqiqatını nəzarətdə saxladığını qeyd edərək deyib: “Sizə, bütün redaksiya üzvlərinə, orada həlak olan insanların yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm”.
Rusiyada müsəlman ictimai xadiminin oğlu, Azərbaycan əsilli jurnalist və hüquq müdafiəçisi Orxan Camal iki həmkarı - rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko ilə birlikdə 2018-ci il iyulun 31-də Mərkəzi Afrika Respublikasında həlak olub.

//AZƏRTAC