Azərbaycanda məktəbdə dava: Şagird öldü
    • 7-05-2024, 10:26
    • 311

Azərbaycanda məktəbdə dava: Şagird öldü

Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.