-
- 7-05-2024, 12:03
- 193
"Suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir”
“Bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir”.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə gətirib çıxardı:
"Azərbaycan iqtisadiyyatı Ulu Öndər lider olduqdan sonra 5 dəfə artdı. Belə ki. büdcə əvvəl 375 milyon manat idisə, 2002-də 6,1 milyona çatdı. Milli liderin ən böyük arzusu Qarabağ idi. Bu gün qalibiyyətimizin əsas səbəbi liderin qoyduğu siyasətdir".
Şəhanə