“Putinizm stalinizmin başqa bir formasıdır”
    • 7-05-2024, 10:49
    • 166

“Putinizm stalinizmin başqa bir formasıdır”

Vladimir Putin bu gün beşinci dəfə Kreml Sarayından Müqəddəs Endryu taxt zalına gedəcək. O, böyük qonaqlar qrupu qarşısında yeni altı illik müddətə Rusiya prezidenti kimi and içəcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu marşrut tanış ola bilər, lakin 2000-ci ilin mayında Putinin ilk andiçmə mərasimindən sonra çox şey dəyişib.

İlk andiçmə mərasimində Putin "demokratiyanı qoruyacağına və inkişaf etdirəcəyinə", "Rusiyanı qoruyacağına" söz verib.

Həmin ilk mərasimdən 24 il sonra Rusiya lideri Ukraynaya müharibə elan edib və onun ordusu ağır itkilər verir.

Putin öz ölkəsində demokratiyanı təkmilləşdirmək əvəzinə demokratik hüquqları məhdudlaşdırıb. Tənqidçilərini həbs edib və səlahiyyətlərinə dair bütün yoxlamaları aradan qaldırıb.

Bəs bundan sonra nə baş verəcək?

Ukrayna cəbhə xəttinə göndərmək üçün əsgər tapmaqda çətinlik çəkərkən, Rusiya qüvvələri ələ keçirdiyi Qərb tanklarını cəbhə xəttində nümayiş etdirir.

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Fiona Hill şərh edir: “Putin indi özünü Rusiya çarı olan Böyük Vladimir kimi görür. Prezidentliyin ilk iki müddətini xatırlasaq, düşünürəm ki, o zaman Putini çox müsbət qiymətləndirəcəyik. O, ölkəni siyasi cəhətdən sabitləşdirib. Rusiya iqtisadiyyatı isə tarixinin ən yaxşı dövrünü yaşayıb".

Fiona Hillin sözlərinə görə, Putin 10 il əvvəl Krımın ilhaqı ilə başlayan və Ukraynadakı müharibəyə qədər uzanan prosesdə kəskin şəkildə dəyişib.

Hill deyir: "O, praqmatist olmaqdan imperialistə çevrilib".

Vladimir Putin hakimiyyətə gələndən bəri Amerika beş prezidenti dəyişib.

Təxminən dörddəbir əsrdir Rusiyaya rəhbərlik edən Putin, şübhəsiz ki, ölkə tarixində öz izini qoyub.

“Brejnevizm”, “Qorbaçizm” və ya “Yeltsinizm” ölkə tarixində belə bir iz buraxmayıb.

Amma Putinizm mütləq başqa yerdədir.

Karnegi Avrasiya Rusiya Mərkəzindən araşdırmaçı Andrey Koleşnikov “Tariximizdə başqa bir -izm var: Stalinizm”i xatırladır və iki liderin müqayisəsini belə davam etdirir:

"Mən deyərdim ki, Putinizm stalinizmin başqa bir formasıdır. Putin (keçmiş sovet diktatoru) Stalinə bənzəyir. O, Stalin kimi hakimiyyəti öz əlində cəmləşdirib. O, müxtəlif yollarla siyasi təzyiqlərdən istifadə edir və Stalin kimi ölənə qədər hakimiyyətdə qalmaq istəyir”.

Qərb üçün problem isə hər gün daha da avtoritarlaşan, Rusiyanı nüvə silahı ilə silahlanmış müasir çar kimi idarə etmək əzmində olan liderlə necə davranmaqdır.

Günel Məlikzadə