Nuranə Ələkbərova vəzifəsindən azad edildi
    • 7-05-2024, 14:47
    • 112

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb.

Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.