-
- 7-05-2024, 14:55
- 843
"Oqtay Əliyev məni qorxutdu, dedi ki, 40 min manat cərimə..." - Aktrisa
Aktrisa Zemfira Əbdülsəmədova “Ötən günlər” verilişində mərhum əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə bağlı etirafı ilə diqqət çəkib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, aktrisa Oqtay Əliyev haqqında bu sözləri deyib: "Oqtay Əliyev ilə ilk tanışlığımız “Sirr” serialında oldu. Seriala dəvət olunmuşdum. Efirdə bir neçə bölüm yayımlandıqdan sonra məni komediya janrında olan seriala dəvət etdilər. "Sirr" serialında dramatik obraz canlandırırdım. Düşündüm ki, maddi durumumuzu düzəltməliyik, gedib çəkildim. Oqtay Əliyev bunu bildi və məni çağırdı. İlk dəfə onu elə ciddi görürdüm. Dedim, nə olub ki, Oqtay müəllim? Cavab verdi ki, siz Əmək Məcəlləsindəki bu maddəni pozmusunuz. Siz başqa serialda çəkilməməli idiniz. Bir aktrisa eyni vaxtda iki seriala çəkilə bilməz. Buna görə də siz 40 min manat cərimə olunmalısınız. Dedim, Oqtay müəllim, məndə o qədər pul nə gəzir? Dedi ki, mən bilmirəm, qaydanı pozmusunuz. Məni qorxutdu. Cavab verdim ki, indi buradan çıxım, ya oradan? Gəlin bura, ora nəyinizə lazımdır? Bizim layihələrimiz var, sizinlə işləyəcəyik. Komediya janrında çəkilmək istəyirsənsə, gəl. Beləliklə, “Üç bacı” serialına çəkildim".