Novruz Məmmədov vəzifəsindən azad edildi
    • 7-05-2024, 15:58
    • 129

Novruz Məmmədov vəzifəsindən azad edildi

Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri” "Facebook" səhifəsi məlumat yayıb. 

Qeyd edək ki, N. Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. O, müstəqillik dövründə Azərbaycanın 10-cu Baş naziri olub. Məmmədov 2019-cu ildən ADU-nun prorektoru idi.