-
- 7-05-2024, 21:59
- 327
Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır
İngilis diyetoloqların fikrincə, qırmızı və ultra emal olunmuş ətlər ən kanserogen (xərçəng törədən) qidalar sırasındadır.
News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mütəxəssisləri müəyyənləşdiriblər ki, bütün kanserogenlərdən qaçmaq mümkün deyil. Bununla belə, emal olunmuş ətləri və onlardan hazırlanmış xörəklər - kolbasa, sosislər, konservə olunmuş ətləri diyetinizdən xaric etsəniz, xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Fakt budur ki, istehlak müddətini artırmaq və ya dadını yaxşılaşdırmaq üçün ətlər xüsusi kimyəvi təsirə məruz qalır. Belə ki, belə qidalarda olan nitratlar (nitrat turşusu duzları) orqanizmdə N-nitrosokimyəvi maddələrə (NOC) çevrilə bilir. Bu maddələr güclü kanserogenlər hesab olunur.
Yüksək səviyyəli kanserogenlər siyahısına bifteklər, burgerlər və qırmızı ət pirzolaları da daxildir. Mütəxəssislərin fikrincə, qırmızı ət kolon, mədə və mədəaltı vəzi xərçəngi riskini artırır. Xərçəngin mümkün yollarından biri dəmir ehtiva edən və ətə zəngin rəng verən "haem" adlı birləşmə ilə bağlıdır. Bununla belə, qırmızı ətdən tamamilə imtina etmək lazım deyil. Onun istehlakını gündə 70 qrama qədər məhdudlaşdırmaq kifayətdir.