Avtomobil at arabasını vurdu - XƏSARƏT ALAN VAR
    • 6-05-2019, 12:30
    • 812

Avtomobil at arabasını vurdu - XƏSARƏT ALAN VAR

Mayın 3-də saat 21:00 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası vurub. V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətricəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Xəsarətlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.