Eurovision-da "Fələstin" damğası
    • 8-05-2024, 09:52
    • 164

Eurovision-da "Fələstin" damğası

İsveçin Malmö şəhərindəki Arenada 2024 Avroviziya Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçirilib.

News24.az xəbər verir ki, 2011-ci ildə İsveç adına qatıldığı müsabiqədə "Popular" mahnısı ilə üçüncü yeri qazanan Fələstin əsilli isveçli müğənni Saade biləyinə taxdığı Fələstin keffiyesi (ənənəvi örtü) ilə mahnısını səhnədə səsləndirib. 

Avropa Yayım Birliyinin (EBU) sözçüsü açıqlamasında müsabiqənin canlı televiziya şousu olduğunu bildirib və deyib: “Bütün sənətçilərə müsabiqə qaydaları haqqında məlumat verilib və biz Erik Saadenin qeyri-siyasi mahiyyətini güzəştə getməyi seçdiyinə görə təəssüflənirik".

Günel Məlikzadə