"Qəzzədə atəşkəs" iddiası
    • 8-05-2024, 10:17
    • 237

"Qəzzədə atəşkəs" iddiası

Mövzu ilə bağlı açıqlama Misirdə yayımlanan "Əl-Qahirə əl-İxbariyyə" televiziyasının yüksək səviyyəli bir məmura əsaslanaraq xəbərində yer alıb.

Xəbərə görə, adı açıqlanmayan rəsmi Qahirədə tərəflər arasında aparılan danışıqların bu gün yekunlaşacağını bildirib.

News24.az xəbər verir ki, Rəfahda gərginliyi artırmağın təhlükəli olduğunu İsrailə çatdırdıqlarını bildirən mənbə Misirin istənilən ssenariyə hazır olduğunu bildirib.

Misirdə yayımlanan “Əl-Qahirə əl-İxbariye” televiziyasının dünənki xəbərində yüksək səviyyəli bir məmura əsaslanaraq, Qahirədəki danışıqlarda Həmas, Qətər və ABŞ-dan nümayəndə heyətlərinin iştirak etdiyi bildirilib.

Qətər və ABŞ nümayəndə heyətlərinin Misir təhlükəsizlik heyəti, HƏMAS heyəti ilə görüşlərini davam etdirdiyi, Misirin Qəzza zolağında atəşkəsin təmin edilməsi istiqamətində səylərini davam etdirdiyi bildirilib.

HƏMAS atəşkəs təkliflərini təsdiqləyib

HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətər və Misirin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı təkliflərini bəyəndiyini bildirib.

Həmas Qətər və Misirin irəli sürdüyü “atəşkəs təkliflərini” təsdiqlədiyini elan etdikdən sonra İsrailin Hərbi Nazirlər Kabineti Rəfahdakı hücumları davam etdirməyə qərar verib.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib. Bu səhər Misirlə sərhəd qapısının Qəzza tərəfini qurudan atəşə tutduğunu açıqlayıb. 

Günel Məlikzadə