Serenayın sevgi etirafı
    • 8-05-2024, 12:04
    • 172

Serenayın sevgi etirafı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan Serenay Sarıkaya baş rolda çəkildiyi “Kimler Geldi Kimler Geçti” internet serialının açılışında jurnalistlərin suallarını cavablandırıb.

News24.az xəbər verir ki, müğənni Mert Dəmirlə münasibətinin reklam məqsədi daşıdığı iddiaları ilə bağlı sualı cavablandıran Sarıkaya əsəbi olduğunu dilə gətirib.


Məşhur aktirisa "Real həyatda belə şeylər var? İnanmaq mənə çox çətindir və insanların buna inanması çox qəribə görünür. Bunlar real həyatda yoxdur. Mən belə yaşamıram” belə cavab verib.

Sarıkaya, "Bunun yeri yoxdur" deyib və belə davam edib: "İnşallah bu haqda başqa vaxt, daha özəl bir yerdə danışarıq. Bunlar çox danışılacaq şeylər kimi görünmür. Hamımız bir şey üçün həyəcanlıyıq. Başqa bir şeylə korlamaq istəmirəm".

Günel Məlikzadə