Əfqanıstanda hərbi konvoya hücum: 6 nəfər öldü
    • 8-05-2024, 16:09
    • 114

Əfqanıstanda hərbi konvoya hücum: 6 nəfər öldü

Əfqanıstanın şimalında yerləşən Bədəxşan əyalətində hərbi konvoya bombalı hücum olub. 

News24.az  xəbər verir ki, bu barədə “GDH” X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

Qeyd edək ki, hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

Mehriban Mirzəzadə