-
- 8-05-2024, 16:40
- 203
“Həmasın müsbət cavabı Təl-Əvivi təəccübləndirdi”
HƏMAS bu yaxınlarda Qəzza zolağında əsir mübadiləsi və atəşkəs razılaşması ilə bağlı vasitəçilərin təklifini qəbul etdiyini açıqlayıb.
bu inkişafın ardınca israilli ekspertlər Netanyahunun “Həmas tərəfindən saxlanılan əsirləri geri qaytaracaq razılaşmanı rədd etmək kimi görünmək, eyni zamanda ifrat sağçı tərəfdaşlarını qəzəbləndirmək” istəmədiyini bəyan ediblər.
Mütəxəssislər, HƏMAS-ın müsbət cavabı qarşısında Netanyahunun izləyəcəyi üsulla bağlı mümkün ssenariləri qiymətləndirib.
İSRAİLİN DAXİLİ MÜQAFİQƏLƏRİ
“Yedioth Ahronoth” qəzetinin baş analitiki Nahum Barnea “HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar “hə” deyəndə” başlıqlı məqaləsində “Sinvar, yəqin ki, bizi aldadır, çünki hazırkı hökumətin onun təklifini qəbul etməyəcəyini bilir”.
Barnea bildirib ki, İsrail Qəzzanın cənubundakı Rəfah hücumuna qarşı çıxan amerikalıları sakitləşdirmək üçün əsir mübadiləsi və atəşkəs danışıqları çərçivəsində Qahirəyə bir heyət göndərə bilər.
Qahirəyə danışıqlar qrupunun göndərilməsi İsrailin daxili siyasətində Netanyahu üçün vacibdir.
Barnea belə qiymətləndirib: “Netanyahu Həmas tərəfindən saxlanılan məhbusları tərk edən və razılaşmaya qarşı çıxan biri kimi görünmək istəmir, nə də sövdələşməyə hazır olan və koalisiyasındakı ifrat sağçı tərəfdaşlarına xəyanət edən biri kimi görünmək istəmir".
“HƏMASIN TƏKLİFİ QƏBUL ETMƏSİ İSRAİLİ TƏƏCCÜBLƏNDİRİB”
Haaretz qəzetinin yazarı, israilli hərbi analitik Amos Harel “Həmasın “hə” tələsinə düşən Netanyahu İsrail və ABŞ arasında körpü salır” başlıqlı məqaləsində atəşkəs danışıqlarına yer verib.
Harel, "HƏMAS-ın vasitəçilərə əsir mübadiləsi razılaşması təklifini qəbul etdiyini açıqlaması İsraili təəccübləndirib. Son günlərdə danışıqlar tamamilə iflasa doğru getmiş kimi görünür" deyib.
Günel Məlikzadə