"Rəfahda beynəlxalq humanitar hüquqa riayət edilməlidir"
    • 8-05-2024, 23:30
    • 137

"Rəfahda beynəlxalq humanitar hüquqa riayət edilməlidir"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, İsrailin Rəfaha son hücumlarına da toxunan Zaharova, "Burada (Rəfəhdə) təxminən 1,5 milyon fələstinli mülki var. Bu kontekstdə beynəlxalq humanitar hüququn müddəalarına əməl olunmasını istəyirik" deyib.

İsrail və HƏMAS arasında əsir mübadiləsi ilə bağlı bir neçə dəfə danışıqlar aparıldığını, lakin bu danışıqlarda heç bir nəticə əldə olunmadığına diqqət çəkən Zaharova, “Yaşanan vəziyyət böhranın səviyyəsinin azaldılması təşəbbüsləri ilə birlikdə, Fələstinlilərlə israillilər arasında yekun statusun müəyyən edilməsi üçün birbaşa dialoqa şərait yaradılmasına ehtiyac olduğu barədə ölkəmizin mövqeyini təsdiqləyir" deyə əlavə edib.

Zaharova vurğulayıb ki, bu dialoqun nəticəsi olaraq 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olmaqla, İsraillə sülh və təhlükəsizlik içində birlikdə yaşayan müstəqil Fələstin dövləti qurulmalıdır.

Günel Məlikzadə