Rusiyadan NATO-ya xəbərdarlıq
    • 6-03-2024, 16:49
    • 238

Rusiyadan NATO-ya xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın nüvə silahlarının Şimali Avropaya yerləşdiriləcəyi təqdirdə Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişə ssenarisində hədəf olacağını bildirib.

News24.az xəbər verir ki, Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində keçirdiyi həftəlik mətbuat konfransında Zaxarova Finlandiya prezidenti Aleksandr Stubbın “ölkəsi üçün nüvə çəkindirici qüvvəyə malik olması vacibdir” ifadələrini dəyərləndirib.

ABŞ-ın nüvə silahlarının Şimali Avropaya yerləşdiriləcəyi təqdirdə, bu silahları alan ölkələrin təhlükəsizliyini gücləndirməyəcəyini ifadə edən Zaharova, “Amerikanın nüvə silahları Şimali Avropada peyda olarsa, bu silahları alan ölkələrin təhlükəsizliyi nəinki zəifləmiş, həm də açıq şəkildə zədələnmişdir” dedi.

Bu silahların nəticələrini başa düşməyin çox aydın olduğuna diqqət çəkən Zaxarova, “Belə obyektlər birbaşa təhlükə mənbəyi olacaq və təbii ki, onların müəyyən etdiyi qanuni hədəflər siyahısına daxil edilməsi qaçınılmaz olacaq. Biz başa düşürük ki, Birləşmiş Ştatlar və onun peykləri məhz bunu istəyirlər".

Günel Məlikzadə