-
- 9-05-2024, 08:38
- 974
Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT
Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.
News24.az lent.az-a istinadən xəbər verir ki, bunun səbəbi stress, qadcetlər, gec axşam yeməyi və bir çox başqa amillər ola bilər.
Bəs necə tez yuxuya getmək olar və buna hansı üsullar kömək edə.
Yuxu həyatın bütün sahələrinə təsir edir - iş səmərəliliyindən tutmuş immunitetə və bir çox xəstəliklərdən qorunmaya qədər.
Tez yuxuya getməyə nə kömək edir?
Gün işığı haqqında məlumatı insana ötürən epifizin əsas hormonu melatonindir. Əsasən gecə yuxu zamanı əmələ gəldiyi üçün ona "yuxu hormonu" da deyilir.
Melatonin orqanizmin bütün regenerativ proseslərində lazımdır və o, əsasən qaranlıqda ifraz olunur.
Hər kəsin səssizliyə ehtiyacı fərqlidir: bəziləri maksimum səs-küy izolyasiyasına nail olmaq üçün qulaq tıxaclarına ehtiyac duyur, digərləri isə əksinə, "bir az səs" ehtiyaz duyur- məsələn, televizorun səsi, saatın tıqqıltısı və s.
Yataq otağında yuxu üçün temperatur rejimi çox vacibdir. Amm bu, isti hava demək deyil. Otaqda təmiz hava mütləqdir, lakin eyni zamanda insan donmamalıdır.