Bina çökdü: Ölənlər var
    • 9-05-2024, 09:21
    • 176

Bina çökdü: Ölənlər var

Cənubi Afrikada mayın 6-da Müqəddəs Corc şəhərinin mərkəzində Viktoriya və York küçələrinin küncündə meriyanın yanında yerləşən tikilməkdə olan çoxmərtəbəli bina uçub.

News24.az xəbər verir ki, Corc Bələdiyyəsindən verilən açıqlamada, 75 işçinin çökmə altında qaldığı binanın dağıntıları altından indiyədək 37 işçinin xilas edildiyi bildirilib.

Açıqlamada hadisədə həyatını itirənlərin sayının 8-ə yüksəldiyi bildirilib.

Ağır yaralanan 22 işçidən 6-nın həyati təhlükəsi olduğu və 7 işçinin yüngül yaralandığı paylaşılıb.

Qapalı qalan 38 işçi ilə əlaqə saxlamaq mümkün deyil

Nazir Anton Bredell mətbuata verdiyi açıqlamada, "Dağıntılar altında olanlarla əlaqə saxlaya bilməsək də, ümidimizi qoruyuruq" deyib.

Davam edən axtarış-xilasetmə işlərinin binanın arxasına köçürüldüyünü bildirən Bredell, "Ancaq bura təhlükəli ərazidir. Beynəlxalq standartlara görə burada 48 saat 3 günə bərabərdir" deyə əlavə edib.

Günel Məlikzadə