Qəzzada can itkisi 30 min 878-ə yüksəldi
    • 8-03-2024, 19:20
    • 250

Qəzzada can itkisi 30 min 878-ə yüksəldi

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin 154 gündür həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

News24.az xəbər verir ki, açıqlamada İsrail ordusunun son 24 saatda 78 fələstinlini şəhid etdiyi və can itkisinin 30 min 878-ə yüksəldiyi, son hücumlarda yaralananların sayının isə 104 fələstinli ilə 72 min 402-yə yüksəldiyi bildirilib.

Qeyd edək ki, İsrailin hücumlarında həyatını itirənlərin 72%-nin uşaq və qadın olduğu bildirilən açıqlamada İsrailin son 24 saatda Qəzzada “8 qırğın” törətdiyi, hələ də ölənlərin olduğu qeyd edilib. 

Günel Məlikzadə