İnşaat çökdü: Ölən və yaralananlar var
    • 7-05-2024, 16:06
    • 327

İnşaat çökdü: Ölən və yaralananlar var

Ötən gün Cənubi Afrikanın Corc şəhərində tikilməkdə olan bina uçub.

News24.az xəbər verir ki, Corc Bələdiyyəsindən verilən açıqlamada 5 işçinin həyatını itirdiyi, 21 işçinin dağıntılar altından xilas edilərək xəstəxanaya aparıldığı, 49 işçinin isə itkin düşdüyü bildirilib.

Üç xilasetmə qrupunun dağıntıların müxtəlif nöqtələrində axtarış-xilasetmə işlərinə davam etdiyi bildirilib.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa həyatını itirənlərin ailələrinə başsağlığı verib və araşdırma aparılmasını istəyib.

Ramaphosa, "Hadisənin səbəbi ilə bağlı araşdırmalar cəmiyyəti təcrid etmək və bu fəlakətin təkrarlanmasının qarşısını almaq məqsədi daşımalıdır" deyib.

Qeyd edək ki, çökmə zamanı tikintidə ən azı 75 işçinin olduğu güman edilir.

Günel Məlikzadə