Seçki vərəqəsini yedi - HƏBS OLUNACAQ
    • 6-05-2019, 15:01
    • 985

Seçki vərəqəsini yedi - HƏBS OLUNACAQ

Seçki vərəqəsini yeyən şəxs 3 ilə qədər həbs oluna bilər. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə Ukraynadakı seçkilər zamanı baş verib. Prezident səsverməsində iştirak etmək üçün seçki məntəqəsinə gələn şəxs kabinəyə daxil olub, daha sonra isə seçki vərəqəsini gödəkçəsində gizlədərək, əvvəlcədən hazırlanan saxta vərəqi qutuya atıb. 

Vəziyyətdən şübhələnən nəzarətçilər saxtakarlığa yol verən şəxsi saxlayan zaman maraqlə vəziyyətlə qarşılaşıblar. Sərxoş olan saxtakar gödəkçəsindəki kağızı çıxararaq yeyib. Onu 3 il həbs cəzası gözlədiyi deyilir.