-
- 9-05-2024, 13:25
- 246
"Müharibənin gedişatı dəyişə bilər"
İsrailin ictimai yayımı KAN-ın yüksək səviyyəli bir İsrail rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, ABŞ-ın silah nəqlini dayandırmaq qərarı İsrailin əməliyyat planlarını dəyişə bilər.
News24.az xəbər verir ki, bu yaxınlarda ABŞ müharibə başlayandan bəri ilk dəfə olaraq İsrailə hərbi göndərişini təxirə salmaq qərarına gəlib. İsrailin tarixdəki ən böyük müttəfiqlərindən biri olan ABŞ-ın bu qərarı iki hökumət arasında fikir ayrılığının ilk böyük nümunəsi kimi qiymətləndirilir.
ABŞ-IN SİLAH TƏHLÜKƏSİ
ABŞ prezidenti Co Bayden, İsrail ordusunun Rəfaha genişmiqyaslı hücuma keçəcəyi təqdirdə İsrailin mülki yaşayış məntəqələrində istifadə etdiyi bəzi silah, bomba və artilleriya mərmilərinin göndərilməsini dayandıracaqlarını bildirib.
İSRAİLDƏN EMBARQOYA CAVAB
İsrailin BMT-dəki səfiri bildirib ki, ABŞ prezidenti Co Baydenin İsrailin Qəzzanın cənubundakı sərhəd şəhəri Rəfahı işğal edəcəyi təqdirdə silah tədarükünü dayandıracağı ilə hədələməsi “məyusedicidir”.
Erdan, "Bu, müharibənin əvvəlindən bəri minnətdar olduğumuz bir prezidentdən eşitmək çətin və məyusedici bir bəyanatdır" deyib.
RƏFAHDA QURU HÜCUMU
İsrail ordusu bir müddət əvvəl qurudan Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub.
Misir sərhədindəki Rəfah sərhəd qapısının Qəzza tərəfini əməliyyat nəzarətinə götürən ordu, Rəfah və bəzi beynəlxalq təşkilatlara sığınan fələstinlilərin əksəriyyətinin hərbi əməliyyat bölgələrindən təxliyə edildiyini açıqlayıb.
Günel Məlikzadə