-
- 9-05-2024, 14:56
- 308
"Rusiya qüvvələri Ermənistandan çəkiləcək"
İnterfaks xəbər agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, Peskov iki liderin keçirdiyi görüşdə Rusiya qüvvələri və sərhədçilərinin Ermənistanın müxtəlif bölgələrindən çəkilməyə razılaşdığını açıqlayıb.
Xəbərə görə, Rusiya sərhədçiləri Ermənistanın tələbi ilə Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində qalmağa davam edəcəklər.
Günel Məlikzadə