Bu saatdan sonra QƏHVƏ İÇMƏYİN!
    • 23-09-2023, 10:14
    • 237

Bu saatdan sonra QƏHVƏ İÇMƏYİN!

Qəhvə  dünyanın ən məşhur içkilərindən biridir. Lakin mütəxəssislər bildirib ki, onu günün müəyyən vaxtından sonra içmək sağlamlığa ciddi ziyan vurur. 

Qəhvə daha çox şəkərli diabetin qarşısını almaq və arıqlamağı sürətləndirmək üçün istifadə edilir. Eyni zamanda sağlamlığa da müsbət təsir etdiyi yönündə məlumatlar var. 

News24.az xəbər verir ki, həkim Poonam Desai insanlara qəhvə ilə bağlı xəbərdarlıq edib.

O deyib ki, saat 12:00-dan sonra qəhvə içmək məsləhətli deyil.

Həkimin sözlərinə görə, Kofeinin 5-6 saat ömrü var və o gecəyə qədər də bədəndə qala bilər. bu isə bizim yatmağımıza mane olur. Ona görə də günortadan sonra hər hansı kofeinli içkidən qaçmağa çalışın 

Yuxu çatışmazlığı isə bir sıra xroniki sağlamlıq problemləri, o cümlədən ürək, böyrək xəstəlikləri, yüksək qan təzyiqi, diabet, insult, depressiya və piylənməyə səbəb ola bilər.

Ayşən