Qəhvə içməyin faydaları
    • 7-05-2024, 15:49
    • 707

Qəhvə içməyin faydaları

Qəhvə bütün dünyada milyonlarla insanın gündəlik rutininin bir hissəsidir. Fərqli coğrafiyalarda bu qədər insan üçün vazkeçilməz hala gələn qidalar azdır.

News24.az xəbər verir ki, 1500 ildən çox istehlak edildiyi düşünülən qəhvə, bəzilərinə görə, 17-18-ci əsrlərdə Maarifçiliyin mühüm tətikçilərindən biridir. O, həm də müasir dünya mütəfəkkirlərinin və onların təməlqoyma ideyalarının dolayı tərəfdarıdır.

Dozunda qəhvə içməyin faydaları

Qəhvə tövsiyə olunan miqdar aşıldığında yuxu pozğunluğu, narahatlıq, taxikardiya, mədə narahatlığı və baş ağrısı kimi problemlər yarada bilər.

ABŞ Qida və Dərman İdarəsi də xəbərdarlıq edir ki, çoxlu kofein istehlakı zəhərli təsirlərə səbəb ola bilər. Qısa müddətdə 1200 milliqram, yəni təxminən 12 stəkan qəhvə istehlak edilərsə, ciddi sağlamlıq problemləri yarana bilər.

Qəhvənin düzgün istehlak edildiyi zaman faydalı ola biləcəyi vurğulanır. Harvard Universitetindən Dr Mattias Henn şərh edir: "Gündə 2-5 fincan qəhvə istehlakının diabet, ürək-damar xəstəlikləri və hətta bəzi xərçəng növləri riskini azaltmaqla əlaqəli olduğu qiymətləndirilir".

Bəs qəhvə haradan gəlir?

Qəhvənin səyahəti əslində Qırmızı dənizin cənub ölkələrindəki, Efiopiya və Yəməndəki yaylalardan başlayır.

Rəvayətə görə, 9-cu əsrdə Efiopiyada Kaldi adlı çoban yad ağacın meyvələrini yeyən keçilərinin bütün gecəni oyaq qaldığını və enerji ilə dolu olduğunu görüb. Çoban bir qrup rahibə xəbər verib. Rahiblər görüblər ki, bu meyvədən ibadət zamanı onları oyaq saxlayacaq isti içki hazırlaya bilərlər.

Əfsanənin doğru olub-olmadığı bilinmir, lakin biz bilirik ki, Yəməndə qəhvə 15-ci əsrdən etibarən qovrulub. Onun ilkin adı "kəhva", yəni, Yəməndə şərab ismi ilə adlandırılıb. Yəmən sufiləri diqqətlərini cəmləmək və mənəvi təmizlənmək üçün qəhvədən istifadə edirdilər.

Bir əsr sonra qəhvə İran, Misir, Suriya və indiki Türkiyə sərhədlərində tanınıb.

Qəhvə mədəniyyətinin dünyaya yayılmasında Osmanlı imperiyasının da böyük təsiri olub. Suriyanın kosmopolit Hələb şəhərində geniş vüsət alan qəhvəxanalar 1554-cü ildə Osmanlı İmperatorluğunun paytaxtı İstanbulda açılmağa başlayıb. Sonra qəhvə mədəniyyəti Avropaya yayılıb.

Bugünkü qəhvə istehsalının 90 faizindən çoxu əsasən Cənubi Amerika ölkələrindən gəlir. Bundan əlavə, Vyetnam və İndoneziya da mühüm qəhvə yetişdirən ölkələrdir.

İstehlak əsasən inkişaf etmiş sənaye ölkələrinə yönəlib.

Günel Məlikzadə