DİQQƏT: Mədə xərçənginə tutula bilərsiniz
    • 10-05-2024, 14:06
    • 501

DİQQƏT: Mədə xərçənginə tutula bilərsiniz

Tədqiqatçılar, yeməyin həddindən artıq duzlanmasının bəzi xərçənglərə tutulma riski yarada biləcəyini açıqlayıblar.

News24.az xəbər verir ki, Gastric Cancer jurnalında dərc edilən yeni bir araşdırma, yeməklərinə duz əlavə edən insanların mədə xərçənginə tutulma ehtimalının 40 faiz daha çox olduğunu göstərib.

Qeyd edək ki, Asiya ölkələrində yüksək duz istehlakı ilə mədə xərçəngi arasında əlaqə aşkar edən tədqiqatlar da var.

Avstriyanın Vyana Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, yeməklərinə tez-tez və ya həmişə duz əlavə edən insanların 11 il ərzində mədə xərçənginə tutulma ehtimalı az duz əlavə edənlərə nisbətən 39 faiz çoxdur.

Günel Məlikzadə