Bakıda evdən 8 minlik qızıl oğurlayan qadın ƏLƏ KEÇDİ

Bakıda evdən 8 minlik qızıl oğurlayan qadın ƏLƏ KEÇDİ
KRİMİNAL

22-02-2020, 13:14

Mətn ölçüsü

Sabunçu rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Abdullayeva və X.Səfərzadə saxlanılıblar.