Qırmızı bülletenlə axtarılırdı..
    • 12-03-2024, 20:30
    • 206

Qırmızı bülletenlə axtarılırdı..

Türkiyənin Çorum Qubernatorluğundan verilən məlumata görə, terror təşkilatı DEAŞ-ın Türkiyəyə qarşı hərəkətlərinin aşkarlanması və deşifrə edilməsi məqsədilə aparılan araşdırmada, müxtəlif vaxtlarda münaqişə bölgələrində fəaliyyət göstərdiyi təsbit edilən təşkilat daxilində 3 nəfər təqib edilib.

News24.az xəbər verir ki, texniki və fiziki təqibdən sonra şübhəlilərin ünvanlarında əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan 3 şübhəlidən 2-nin İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.

Qeyd edək ki, şübhəlilər əməliyyat üçün polis bölməsinə aparılıb.

Günel Məlikzadə