-
- 7-05-2019, 11:15
- 1 302
Salam Sarvanın bacısı oğlunun öldürülməsi barədə - ŞOK FAKTLAR - "BİZ MEYİTİ ORDAN TAPDIQ...."
Dünən tanınmış şair Salam Sarvanın bacısı oğlu 22 yaşlı Mehman Mikayılovun öldürülməsi ilə bağlı xəbər yayılıb. Məlum olayla bağlı Salam Sarvanla əlaqə saxladıq.
Şair News24.az-a açıqlamasında bildirib ki, o, hazırda Cəlilabadda hüzr mərasimindədir. Bu üzdən hadisənin təfərrüatları haqda məlumatlı deyil: “Hadisənin necə, hansı şəraitdə baş verməsi nə mənə, nə də ailə üzvlərimizə hələlik dəqiq məlum deyil. Yalnız onu deyə bilərəm ki, bizə verilən məlumata görə, bu hadisə polis əməliyyatı nəticəsində olub. Nə əməliyyatdır, onu hansı səbəbdən aparıblar, bu haqda dəqiq heç nə bilmirik. Bizə, atasına verilən məlumat budur”.
S.Sarvan qeyd edib ki, bir neçə gün qabaq saytlarda mərhumun intihar etməsi haqda məlumat yayılıbmış: “Mənə xəbər verdilər ki, onun bir neçə gün qabaq intihar etdiyi haqda xəbər yazıblar. Guya sevdiyi qız varmış, o da həmin qıza görə özünü öldürüb. Halbuki bu, yalandır. Nə qız, nə intihar. Bu sözlərin əsası yoxdur”.
S.Sarvanın dediyinə görə, hadisə ayın 4-də baş verib: “Mehman ayın 4-də ölüb. Amma bizim bundan xəbərimiz olmayıb. Şənbə günündən bu yana ailəsi, qohum-əqraba onu axtarıb. Biz yalnız dünən səhər saatlarında bundan xəbər tutmuşuq. Onun nəşini morqdan tapmışıq. Bu haqda bizə müstəntiq xəbər verib”.
Şair onu da əlavə edib ki, bir neçə günə Bakıya qayıdaraq hadisənin necə baş verdiyini araşdıracaq: “Mənim özüm üçün də maraqlıdır. Niyə öncədən belə xəbər yayılıb ki, o, intihar eləyib. Daha sonra isə bizə polis əməliyyatı zamanı öldüyü deyilir”.
Qeyd edək ki, 22 yaşlı Mehman Mikayılov avtoyuyucuda çalışırmış.
Məsələ ilə bağlı Abşeron rayon Prokurorluğundan ONA-ya bildirilib ki, AAAF Park yaşayış kompleksində yaşayan, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qəmbərov özünü yaşadığı binadan atıb.
M.Qəmbərovun ətrafında aparılan araşdırmalar zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyənləşib. Məlum olub ki, M.Qəmbərovun şəriki Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub. Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. O ifadəsində satış məqsədi üçün əldə etdikləri narkotik vasitələri şəriki M.Qəmbərovla birgə yaşadıqları evdə saxladığını bildirib.
Dərhal əməliyyat qrupu həmin şəxslərin yaşadığı evə gedib. Evdə tək olan M.Qəmbərov polisin gəldiyini görüb və qaçmaq niyyəti ilə özünü eyvandan atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.
M.Qəmbərovun yaşadığı evdən xeyli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.