-
- 13-11-2019, 17:32
- 1 198
“Cızma-qaramız onun yazdıqlarının yanında böyük bir şey deyil” - Meyxanaçı Vüqar
“Salam Sarvana hörmətim var. O tamam başqa bir şairdir. Bizim cızma-qaramız onun yazdıqlarının yanında böyük bir şey deyil. Onun belə bir söz deməsinə, açığı, mən təəccübləndim. Salam Sarvanla mənim sənətimin müqayisəsi doğru deyil”.
News24.az-ın xəbərinə görə, bunu meyxanaçı Vüqar Əbdülov şair Salam Sarvanın təklifinə cavab olaraq bildirib. O, Salam Sarvanın qarşısında geri çəkildiyini bildirib: “Onun öz yeri, mənim öz yerim. Əgər şəxsən desə ki, mən Vüqarla görüşəcəm. Mən onunla görüşərəm. Mübahisə, yarış xarakterli yox, bir-birimizə müəyyən sözlərimizi deyə bilərik. Onun da sözündə yəqin ki, böyük bir həqiqət var. Mən bütün meyxanaçıların adından danışmıram. Əksər meyxanaçıların deyişməsi, danışması mənim də ürəyimcə deyil. Sadəcə, dövrün tələbinə görə, hər kəsin öz auditoriyası var . Kimisi sevgidən , kimisi Sarvanın dediyi kimi “qaqaşlıq”dan yazır. Özləri bilərlər. Salam Sarvanı şəxsən mən oxuyuram, izləyirəm. Onun yazdıqları tamam fərqli bir aləmdir. Mən Salam Sarvanın qarşısında kənara çəkilirəm”.
Xatırladaq ki, şair Salam Sarvan bir neçə gün öncə sosial şəbəkədəki statusunda meyxanaçıların efirdə çıxış etməsinə qarşı çıxıb: “Biz indiyədək meyxananın əleyhinə dibinəcən çıxmamışıq. Amma son vaxtlar açıq hiss olunur ki, meyxananın efirlərdə kütləvi təbliği cəmiyyətdə qaqaşlıq intonasiyasında fəsadlar törədir”. O qeyd edib ki, artıq bu məsələyə, nöqtə qoymaq qərarına gəlinib: “Mən meyxana aləminin öz içindən seçəcəyi iki nəfərlə deyişmək istərdim. Daha doğrusu, bu, çağırışdır. şərtimiz: dörd qafiyə - ikisi oynaq, ikisi əruz. Qafiyələrin ikisini mən, ikisini onlar açırlar. Hər iki tərəfdən xiridarların sayı 10 nəfər olsun. Hər iki tərəfdən çəkiliş. Həmin şəxslər “bağlanacağ”ı təqdirdə meyxana efirlərə çıxmamalıdır, həyatın yeraltılarında yaşamaqda davam eləməlidir, mən bağlanacağım təqdirdə qələm yerə qoyulur” -deyə.
Qeyd edək ki, məsələ ilə bağlı meyxanaçı Ağamirzə ilə də əlaqə saxladıq. Meyxanaçı məsələyə belə münasibət bildirdi: "Ümumiyyətlə bununla bağlı danışmaq istəmirəm".
Afaq Mirayiq