-
- 22-01-2024, 14:27
- 281
4,3 bal gücündə zəlzələ baş verdi
İranın Kerman əyalətində 4,3 bal gücündə zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Qeyd olunub ki, bu gün Kerman əyalətinin Şehdad şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,3 bal gücündə zəlzələ baş verib.
Tehran Universitetinin Milli Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 9 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması haqda hələlik dəqiq məlumat yoxdur.
Nəzrin