Yataqxanadakı yanğınla bağlı FHN açıqladı -insanlar təxliyə olundu
    • 9-08-2019, 23:16
    • 669

Yataqxanadakı yanğınla bağlı FHN açıqladı -insanlar təxliyə olundu

Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 9-da Sabunçu qəsəbəsində yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.
News24.az FHN-in saytına istinadla xəbər verir ki, çoxmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində baş verən hadisə nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan mənzil 25 kvadratmetr sahədə yanıb. Yanğın zamanı altı sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.